Təmizlik işçisi (bəy/xanım)
 
JOB TITLE: Təmizlik işçisi (bəy/xanım)
EMPLOYER: Ibis Baku city DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-22 LAST UPDATED: N/A DEADLINE: 2020-07-22

Vəzifə: təmizlik işçisi (bəy/xanım)

Məqsəd: ərazinin hazırlanması və təmizlənməsi
İşçi səviyyəsi: işçi

Əsas öhdəliklər

- Hərtərəfli iş standartlarına uyğun olaraq iş ərazilərini təmizləmək.
- Qeyd olunmuş bütün açarların təhlükəsizliyini təmin etmək.
- Supervayzer ilə əməkdaşlıq etmək və supervayzerin tələbi ilə tapşırıqları yerinə yetirmək.
- Otaq xadimələrinin və təmizlikçilərlər əməkdaşlıq edərək onların təmiz mələfə və digər vasitələri təchiz etməsini, çirkli mələfələri vaxtında götürərək camaşırxanaya gətirməsini təmin etmək.
- Əl arabası və mələfə otaqlarını hər zaman təmiz və səliqəli saxlamaq.
- Qonaqların və otelin əmlakının təhlükəsizliyini hər zaman təmin etmək.
- Bütün avadanlıqların iş təlimatlarına əməl etmək, onları yaxşı vəziyyətdə saxlamaq, hər hansı təmir işi və avadanlıqların dəyişdirilməsi tələb olunduqda dərhal menecerə məlumat vermək.
- İtirilən və tapılan əşyalarla bağlı prosedurlara nəzarət etmək.
- Növbə ərzində baş verən hər hansı hadisə və qəza barədə dərhal hauskipinq üzrə supervayzerə və ya hauskipinq şöbəsinə məlumat vermək.
- İşə tam şəkildə təmizlənmiş və ütülənmiş vahid geyim formasında gəlmək.
- Bütün hauskipinq əraziləri və camaşırxana vəzifələri ilə tanış olmaq. Zərurət yarandıqda digər şöbənin əməkdaşının öhdəliklərini yerinə yetirmək üçün hauskipinq şöbəsinin hər hansı ərazisində işləmək.
- İşçilər arasında qarşılıqlı anlaşma və yardım mühitinin yaradılması və bu mühitin qorunub saxlanmasını təşviq etmək, komandada işləmək

5 iş günü, 40 saat
Rəsmi müqavilə
Forma+nahar yeməyi
Əmək haqqı 400 manat

CV başlıq “Təmizlik işçisi” olaraq HA1L0-HR@ACCOR.COM elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP