Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: Tudors Azerbaycan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-23 LAST UPDATED: N/A DEADLINE: 2020-06-22

Türkiyənin bir dünya brendi olan TUDORS əsasən köynək, qalstuk, üst geyim və aksesuarların istehsalı və satışı üzrə ixtisaslaşmışdır.

“Köynək krallığı” sloqanı ilə dünyanın 14 ölkəsində 200-dən artıq mağaza sahib olan marka hər keçən gün fəaliyyətini genişləndirməyə davam edir. Belə ki, 15-ci ölkə olaraq Azərbaycanda ilk Tudors mağazası Metropark AVM-də açılacaqdır. Münasib qiymət, yüksək keyfiyyət devizini seçən markanın Azərbaycanda da qısa müddətdə klassik və şıq geyinməyi sevən bəylərin ilk seçimi olacaqdır.

Tudors Azərbaycan şirkətində karyerasını qurmaq istəyən gənclərimiz üçün vakansiyalarımız mövcuddur. Əgər siz də korporativ mühitdə və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Satış üzrə mütəxəssis

İş barədə məlumat

- Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
- Müştərilərinin seçimlərində yardım olunması, onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi.
- Rəflərdə geyimlərin tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək

Həftə içi 1 dəfə istirahət
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Karyerada yüksəliş imkanı
İş qrafiki: Full
Maaş: 400 AZN + Bonus və mükafatlar

Namizədə tələblər

- Xanım namizədlərə üstünlük veriləcək
- Geyim sahəsində satış təcrübəsi arzu olunandır
- Müştərilərlə işləmək və satış qabiliyyəti olmalı
- Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı
- Azərbaycan dili səlis, rus dili yaxşı bilənlərə üstünlük veriləcək
- Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Komandada işləmək bacarığı

Maraqlanan şəxslərdən CV-lərini f.abdurahmanov@tudors.com ünvanına mövzu yerində “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP