Elektrik mühəndisi
 
JOB TITLE: Elektrik mühəndisi
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-21 LAST UPDATED: N/A DEADLINE: 2020-06-20



“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik mühəndisi” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 800-1000 AZN

İş şəraiti

• Tam sosial təminat (məzuniyyət və s.)
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
• Transformator, elektron avadanlıqların texniki xidməti;
• Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
• Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
• Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
• Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
• Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
• Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.

Tələblər:

• Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr);
• Müvafiq ixtisas üzrə 2-3 il iş təcrübəsi;
• Güc transformatorları (ilkin hesabat və mexaniki dizayn) haqqında biliklərinin olması,
• Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
• Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
• Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
• Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
• MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
• Azərbaycan, rus, ingilis və türk dillərini bilməli,

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik mühəndisi” Mövzu bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP