Çağrı mərkəzi operatoru
 
JOB TITLE: Çağrı mərkəzi operatoru
EMPLOYER: Bakı Taksi Xidməti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-21 LAST UPDATED: N/A DEADLINE: 2020-06-20

“Bakı Taksi Xidməti” MMC

Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru

Vəzifə öhdəlikləri:

• Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
• müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
• xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
• digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

• Ali təhsilə üstünlük verilir
• azərbaycan, rus və ingilis dillərini bilməli
• nitqi aydın və səlis olmalı
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
• müştərilərlə ünsiyyət qurma bacarığı olmalı
• məsuliyyətli, səbrli, stressə davamlı olmalı
• yaş həddi 18-35 həddində olan xanımlar

İş qrafiki: günaşırı, növbəli.

Əmək haqqı: müsahibə əsnasında müəyyən olunur.

Müraciət qaydası: CV-nizi info@btx.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP