Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: U and R Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-21 LAST UPDATED: N/A DEADLINE: 2020-06-20

U AND R COMPANY

Vəzifə: Mühasib

Tələblər:

- Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
- Qeyd edilən vəzifə üzrə ən azı 1 il təcrübə
- 1C 8.2,8.3
- Dil qabiliyyəti (Rus dili, İngilis dili)
- Microsoft Office (Excel, Word, Outlook)
- Komandada işləmək həvəsi
- Məntiqi-analitik qabilliyyət, riyazi biliklər
- Mühasibatlıq hesabatlarını hazırlamaq
- Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək
- A.R. Vergi Məcəlləsini bilmək

Vəzifələr:

- 1C proqramında Şirkətin xidmət göstərdiyi digər şirkətlər tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

İş şəraiti:

- Həftədə 5 gün (09:00-18:00)

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını Mövzu hissənizə qeyd etməyiniz halda CV-ləriniz qeydə alınmayacaqdır.
Əlaqə: info@urc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP