Təlimlər üzrə Koordinator
 
JOB TITLE: Təlimlər üzrə Koordinator
EMPLOYER: Your Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-20 LAST UPDATED: N/A DEADLINE: 2020-06-19

Vəzifə: Təlimlər üzrə Koordinator
Şirkət: Your Finance MMC

Əmək haqqı: - Müsahibə əsasında bazar şərtlərinə uyğun əmək haqqı və satışa görə bonuslar

Vəzifə öhdəlikləri:

- Mərkəzdə işin səmərəli təşkili və ona nəzarət
- Mövcud təlimlərin idarə edilməsi və yeni təlimlərin təşkil edilməsi
- Müştərilər və tərəfdaşlarla əlaqələrin idarə edilməsi
- Danışıqların aparılması və yeni müştərilərin cəlbi məqsədilə işgüzar təkliflərin hazırlanması və göndərilməsi
- Təlimçilərin təlimlərə cəlb edilməsi və onlarla müsahibələrin aparılması
- Marketinq axtarışları və reklam xarakterli mətnlərin hazırlanması
- Promo məhsulların sifariş edilməsi
- SMM və digər reklam vasitələri ilə işin düzgün təşkili əsasında şirkətin marketinq büdcəsindən səmərəli istifadənin təmin edilməsi

Namizədə tələblər:

* Professionallıq üzrə tələblər:

- Ali təhsil (maliyyə, marketinq və.s. kimi iqtisadiyyat yönümlü ixtisaslılara üstünlük veriləcək)
- Azərbaycan, İngilis dilində sərbəst ünsiyyət qura bilən. (Rus dili biliklərinin olması arzuolunandır)
- Müvafiq sahədə 2 ildən çox iş təcrübəsi
- MS Office proqramlarını bilmək (Excel, Powerpoint, Word, Outlook)

* Şəxsi keyfiyyətlər üzrə tələblər:

- Lider ruhlu
- İdarəetmə qabiliyyəti
- Kommunikativ
- Analitik düşüncəli
- Məsuliyyətlilik
- Hesabatlılıq
- Təşəbbüskarlıq
- Komanda ilə işləmə
- Çeviklik
- Yeniliyə və öyrənməyə açıq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@yourfinance.az elektron ünvanına mövzu yerinə “Təlimlər üzrə Koordinator” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP