Logistika üzrə menecer
 
JOB TITLE: Logistika üzrə menecer
EMPLOYER: Tikinti şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-20 LAST UPDATED: 2020-05-20 DEADLINE: 2020-06-19

Logistika üzrə menecer

İşıqkeçirən, alüminium və fasad konstruksiyaların işlənib hazırlanması, layihələndirilməsi, montajı üzrə ixtisaslaşmış tikinti şirkətinə “Logistika üzrə menecer” tələb olunur.

Vəzifə öhdəlikləri:

 Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
 Sertifikatların alınması, idxalın rəsmiləşdirilməsi;
 Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
 Beynəlxalq yükdaşımaların həyata keçirilməsi;
 Gömrük brokerimiz ilə bərəbər gələn yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesinin nəzarətdə saxlanıması;
 Yük sənədlərinin yoxlanılması;
 Strateji plan qura bilmə, logistika, anbar, nəqliyyat işləri və müştərilərlə iş;
 Keyfiyyətə nəzarət, stock səviyyəsi, çatdırılma, nəqliyyat xərcləri və səmərəliliyin davamlı izlənilməsi.

Vəzifəyə olan tələblər:

 Ali təhsil
 Müvafiq sahə üzrə 5 ildən az olmayan iş stajı
 Ofis proqramları biliyi
 Yüksək səviyyədə azərbaycan, türk, rus və ingilis dili biliyi (yazılı və şifahi)

İş şəraiti:

 İş qrafiki: 6/1, 09:00-dan 18:00 kimi
 Şirkət hesabına nahar
 Əmək haqqı: 2000 AZN NET

Yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-ni ttguliyeva@gmail.com ünvanına mövzu yerində “Logistika üzrə menecer” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP