SƏTƏM üzrə mütəxəssis
 
JOB TITLE: SƏTƏM üzrə mütəxəssis
EMPLOYER: ProSol QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-20 LAST UPDATED: 2020-05-27 DEADLINE: 2020-06-19

SƏTƏM üzrə mütəxəssis

Tələblər:

- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək.
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək
- Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq
- Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunu tətbiq etmək
- ISO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq
- Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq
- Qurğuların və avadanlıqların, əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək
- Quraşdırılmada, kabelləşdirilmədə zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etmək
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına nəzarət etmək
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etmək
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etmək
- Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə nəzarət etmək

Təhsil və biliklər:

- Ali təhsil (Texniki)
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Sertifikatlar (ISO, FHN və s.)
- Komputer bacarıqları -Microsoft Office
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Vakansiyaya müraciət etmək üçün mövzu yerində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə CV-ləri hr@prosol.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP