Logistik
 
JOB TITLE: Logistik
EMPLOYER: Abşeron Logistika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-15 LAST UPDATED: N/A DEADLINE: 2020-06-14

“Abşeron Logistika” MMC “Logistik” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

• Şirkətin logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili.
• Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili, bazar araşdırması və müştərilərlə görüş.
• Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
• Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqlar alaraq zamanında yerinə yetirmək.
• Loqistik sənədləşmənin aparılması və təkmilləşməsi.
• Loqistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsi və analizi.
• Loqistik əməliyyatların effektivliyinin qiymətləndirilməsi və analizi.

Namizədə tələblər:

• Ali təhsil.
• Dil bilikləri: yüksək səviyyədə Azərbaycan dili və Rus dili, İngilis dili.
• Ən azı 3 il bu sahədə iş təcrübəsi.
• İşgüzar danışıqlar aparma qabiliyyəti.
• Planlaşdırma, analiz və idarəetmə bacarığı.
• Loqistik sistemləri qurmaq bacarığı.
• Loqistik aspektləri (nəqliyyatın təşkili və s.) bilmə.
• Kompüterdə sürətli işləmək bacarığı
• MS Office proqramlarında sərbəst işləmək bacarığı.
• Təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür.
• Məsuliyyətlilik, punktuallıq və dəqiqlik. Tapşırılan işləri zamanında təhvil vermək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Logistik” yazaraq qeyd etməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP