Reklam meneceri
 
JOB TITLE: Reklam meneceri
EMPLOYER: Fortis Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-14 LAST UPDATED: N/A DEADLINE: 2020-06-13

“FORTİS GROUP” MMC Reklam meneceri vakansiyası elan edir:

Reklam meneceri

- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

- Ali təhsil;
- MS Office-də sərbəst işləmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurma və təqdim etmə bacarığı olmalı;
- Analitik və kreativ düşünmə bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

- Bütün marketinq, reklam və stimullaşdırma heyətinin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
- Reklam daşıyıcılarının (reklam lövhələri, geyimlər, web sayt, kataloq və s.) dizayn və formasının rəhbərlik ilə razılaşdırılması, tələb olunan sayda sifarişlərin Reklam şirkətlərinə verilməsi və onların aidiyyatı üzrə paylanılmasının təmin edilməsi,
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Reklam daşıyıcılarının cari vəziyyətinə aidiyyatı üzrə nəzarət edilməsi, yaranan çatışmazlıqların vaxtında aradan qaldırılmasının təmin edilməsi;
- Müəssisənin Satış və Marketinq proqramına uyğun olaraq satış obyektlərinin mütəmadi olaraq reklam vasitələri və reklam daşıyıcıları ilə təmin edilməsi,
- Rəqib müəssisələrin marketinq və satış fəaliyyəti haqqında məlumat toplanması, bu barədə düşüncə və təkliflərin rəhbərliyə təqdim edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməli;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirməli;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Təminatlar:

- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Reklam meneceri” yazaraq s.sharifzade@fortisgroup.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP