Mühafizəçi
 
JOB TITLE: Mühafizəçi
EMPLOYER: İstehsalat zavodu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-13 LAST UPDATED: N/A DEADLINE: 2020-06-12

Mühafizəçi

Ümumi vəzifə öhdəlikləri:

• Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsi.
• Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək.
• Hadisələrə qarşı diqqətli davranmaq.
• Baş verən hadisə barədə mühafizə rəisini mütəmadi olaraq məlumatlandırmaq.
• Obyekti periodik olaraq gəzərək, göstərilən təlimatların icrasını həyata keçirmək.
• Obyektə gələn qonaqlarla etik normalar əsasında davranmaq, gülərüz münasibət göstərmək və müştəri fokuslu olmaq.
• Giriş qapısını və digər tapşırlan obyektləri daimi olaraq nəzarətdə saxlamaq.
• Gecə və ya gündüz növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə növbə rəisinə məruzə eləmək.
• Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətə götürmək və növbəni təlimata uyğun tələb olunduğu şəkildə icra etmək.

Tələblər:

- Mühafizə xidməti sahəsində minimum 1 il iş təcrübəsi.
- Mühafizə xidməti üzrə sertifikata malik olan namizədlərə üstünlük veriləcək.
- Azərbaycan və Rus dillində sərbəst yazmaq, oxumaq və danışmağı bilməsi vacibdir.
- Hərbi xidmət keçmiş olması mütləqdir.
- Fiziki cəhətdən sağlam (aktiv şəkildə idmanla məşğul olan) olmalı.

İş şəraiti:

- İş rejimi – növbəli
- İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir
- Nahar: növbə ərzində bir dəfə yemək şirkət tərəfindən verilir;
- Tibbi sığorta ilə təmin edilir

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Mühafizəçi” qeyd edərək cvdatabase20@gmail.com e-mail ünvanına müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP