Texniki Avadanlıqlar Zavodunda Laborant
 
JOB TITLE: Texniki Avadanlıqlar Zavodunda Laborant
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-08 LAST UPDATED: N/A DEADLINE: 2020-06-07

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Laborant”

Əmək funksiyası:

 Laboratoriyada məhsula dair keyfiyyət testlərini şərtnamələrə, müvafiq standartlara və daxili prosedurlara, təlimatlara əsasən icra etmək
 Test nümunələrinin müvafiq qaydada saxlanılmasını təmin etmək
 Test nəticələrini qeydiyyata almaq
 Qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş formalardan istifadə etmək
 İstifadə etdiyi ölçü avadanlıqlarını rəhbəri tərəfindən lazım bilinərsə kalibrasiya etmək və kalibrasiya qeydlərini tutmaq
 Tutulmuş qeydləri təhlükəsiz yerdə saxlamaq
 İş ərzində müşahidə edilən uyğunsuzluqları vaxtında keyfiyyət nəzarət mühəndisinə bildirmək
 Keyfiyyətin yaxşılaşdırılması üçün olan yığıncaqlarda və təlimlərdə aktiv şəkildə iştirak edir

Namizədə tələblər:

 Metallurgiya və Kimya sahəsi üzrə ali təhsil
 Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək
 Yalnız xanım namizədlərə üstünlük veriləcək
 MS Office proqramlarını bilməlidir

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Laborant” başlığı altında qeyd edərək Nermin.Valehqizi@azertexnolayn.comseide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP