Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis
EMPLOYER: Premium Transport MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-04 LAST UPDATED: N/A DEADLINE: 2020-06-03

“PREMİUM TRANSPORT” MMC

Vəzifə : Təchizat üzrə mütəxəssis

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavod ərazisi

Ələqa nömrəsi : +994 55 909 11 13
Elektron poçt ünvanı : hr@premiumtransport.az

Namizədə olan tələblər :

Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
İstehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
-  Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
-  Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
-  Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
-  Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
-  Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
-  Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
-  Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək

İş şəraiti

• 6 günlük iş norması – 1 – 5 ci günlər 7 saat, 6 – cı günlər 5 saat
• Nəqliyyat və yataqxana ilə təmin olunma;
• Nahar ilə təmin olunma;
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP