Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: NOVCO Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-05-04 LAST UPDATED: N/A DEADLINE: 2020-06-03

NOVCO Şirkətlər Qrupu 21 ildir ki, Azərbaycanda moda/ pərakəndə satış sahəsidə fəaliyyət göstərir. Şirkətimiz ölkəmizin sərhədləri ilə məhdudlaşmayaraq Türkiyədə, Gürcüstanda, Özbəkistanda bir neçə Dünya bendlərini təmsil edir. Calvin Klein, Coccinelle, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, Adl, Accessorize, United Colors of Benetton, Sisley, Carolina Herrera kimi tanınmış geyim və aksesuar brendlərini özündə birləşdirir.

NOVCO səmimi kollektivi, karyera perspektivi, ədalətli idarəetmə prinsipi və dayanıqlığı ilə fərqlənir.

“Bizim komandaya sən də qoşul!”

Vəzifə: Mühasib

Vəzifə öhdəlikləri:

- Şirkətin mühasibat işlərinin aparılması, vergi uçotu və DSMF, Statistika ilə bağlı hesabat və əməliyyatlar
- Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
- Bank əməliyyatlarının həyata keçirilməsi və.s

Tələblər:

- Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsil
- Maliyyə və ya mühasibatlıq sahəsində 1 ildən çox iş təcrübəsi
- Vergi məcəlləsini yaxşı bilməli
- MS Office (xüsusilə Excel) və 1C 8.2 , 8.3 bilikləri
- PL, Cash flow, təhtəl hesab üzrə hesablaşma, kassa, bank əməliyyatlarını bilməli

Əmək şəraiti:

- Sənədləşmə, əmək məzuniyyəti və. s prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər CV-lərini career@novco.com ünvanına mövzu yerində “Mühasib” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP