Baş Energetik
 
JOB TITLE: Baş Energetik
EMPLOYER: İstehsalat müəssisəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-28 LAST UPDATED: N/A DEADLINE: 2020-05-28

İstehsalat müəssisəsi, Baş Energetik vəzifəsinə işçi ehtiyacını nəzərə alaraq, yeni vakansiya elan edir.

Baş Energetik vəzifəsinin öhdəliyi:

• Fabrikin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
• Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
• Elektrik dövriyyəsinin hesablanması;
• Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
• Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
• Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
• Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
• Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
• Fabrikdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
• Cəmiyyətin bütün elektrik təsərüfatına nəzarət.

Tələb olunan bilik və bacarıqlar:

• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
• Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
• Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
• Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 6 il təcrübə

Əmək haqqı namizədin təhsili, iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaq.

Maraqlananlar CV-lərini hr_vacancy@outlook.com elektron ünvanına 31.05.2020-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Energetik” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP