Korporativ satış üzrə mütəxəssis
 
JOB TITLE: Korporativ satış üzrə mütəxəssis
EMPLOYER: Standard Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-28 LAST UPDATED: N/A DEADLINE: 2020-05-28

ASC “Standard Insurance” Sığorta Şirkəti öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun aparır. ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamışdır. ASC “Standard Insurance” SŞ “AB Standard” Şirkətlər qrupunun üzvüdür. Fəaliyyətə başladığı qısa müddətdə Şirkətimiz Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta xidməti göstərir.

Şirkətimizin başlıca prinsipi müştəri məmnuniyyətidir. Bu istiqamətdə tərəfimizdən daim yeni-yeni layihələr hazırlanır və icra olunur. Şirkətimiz geniş fərdi və korporativ müştəri bazasına malikdir.

Korporativ satış üzrə mütəxəssis

Namizəddən tələblər:

1. Ali təhsilli, yeni məzun olmuş gənc kadrlar ;
2. İş təcrübəsi zəruri deyil;
3. Düzgün şifahi nitq qabiliyyəti;
4. Stressə davamlılıq;
5. Komandada işləmək və yüksək səviyyədə xoş ünsiyyət qurmaq bacarığı;
6. Vəzifə öhdəliklərini və verilən tapşırıqları düzgün və zamanında icra etmək;
7. Azərbaycan, rus dillərini səlis bilmək;
8. MS Office proqramlarını bilmək;
9. Məsuliyyətli və intizamlı olmaq;

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV hr@standardinsurance.az elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP