Sex rəisi (Beton dirəklər istehsalı sexi)
 
JOB TITLE: Sex rəisi (Beton dirəklər istehsalı sexi)
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-27 LAST UPDATED: N/A DEADLINE: 2020-05-27



Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 850-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Sex rəisi (Beton dirəklər istehsalı sexi)

Vəzifə öhdəlikləri:

• Beton dirəklər istehsalı sexinin istehsalat prosesinə rəhbərlik etmək;
• İstehsala aid tapşırıqları vermək, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, məhsulun ahəngdar istehsalını təmin etmək;
• İstehsalın təşkilinin təkmilləşməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılmasının qarşısının alınması, bütün ehtiyyatlardan qənaətlə istifadə olunması, istehsal olunan məhsulların müvafiq standartların tələblərinə uyğun olunmasına nəzarət etmək;
• Beton məhsulların istehsalı zamanı texnoloji prosesin tələblərinin qorunmasına nəzarət etmək;
• İstehsal prosesində istifadə olunan texnika və avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək, bunun üçün lazım gələn ehtiyyat hissələrinin vaxtında sifariş olunaraq alınması və planlı şəkildə təmirini təşkil etmək;
• Aylıq istehsal üzrə hesabatların verilməsini təmin etmək;
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Namizədə tələblər:

• Ali Texniki Təhsil (Mühəndis ixtisaslı);
• Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi (beton və dəmirbeton məmulatları və konstruksiyaları sahəsi üzrə iş təcrübəsi);
• Yaxşı idarəetmə və ünsiyyət bacarıqları ;
• Problemləri həll etmək və təkliflər vermək bacarıqları.

Əlavə şərtlər:

• İş yeri – Qusar rayonu.
• Əmək haqqı – danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Müraciət etmə qaydaları:

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=154 və ya hr@metak.az ünvanına göndərərək, mövzu sətrində “Sex rəisi” qeyd etməklə, 27.05.2020–ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP