Marketoloq
 
JOB TITLE: Marketoloq
EMPLOYER: Göygöl Təhsil Mərkəzi (Gəncə) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-04-25 LAST UPDATED: N/A DEADLINE: 2020-05-25

Şirkət: Göygöl Təhsil Mərkəzi

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial - Gəncə, 2 filial - Göygöl, 1 filial - Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

- Abituriyent hazırlığı
- Magistr hazırlığı
- Dövlət qulluğuna hazırlıq
- Təkminləşdirmə kursları
- Xarici dili kursları
- Kompüter kursları
- Məktəbəqədər və ibtidai sinif hazırlıqları
- Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı

Şirkət haqqında ətraflı məlumat - https://www.facebook.com/GoygolTM/

Vakansiya: Marketoloq

İş yeri: Gəncə şəhəri

Əmək haqqı: 900-1500 AZN (Müsahibə əsasında)

İş haqqında:

Əsas vəzifə və öhdəlikləri

- Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının koordinasiyası;
- Şirkət brendinin gücləndirilməsi, imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili

Namizədə tələblər:

- Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
- Müvafiq sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
- Analitik düşüncə tərzi, kreativlik, təşəbbüskarlıq, məsuliyyətlilik
- Marketinq strategiyaları və üsulları üzrə biliklər

Vakansiyaya müraciət üçün CV-lərin 20.05.2020-ci il tarixinədək “Marketoloq” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP