Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Əjdaha MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-17 LAST UPDATED: N/A DEADLINE: 2020-04-16

2017-ci ildən etibarən fəaliyyət göstərən , yerli fast food brendi olmaqla, paytaxtda 10 filiala sahib “Əjdaha” MMC” Mühasib vakansiyasını açıq elan edir.

Vəzifə Öhdəlikləri:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Mal-materialların uçotunun aparılması
- Aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- AR əmək məcəlləsinə əsasən sənədləşmə

Tələb olunan bacarıqlar:

- Ali iqtisad təhsili
- Savadlı şifahi və yazılı nitq (ingilis, azərbaycan, rus dilləri)
- Analoji vəzifədə minimum 3 illik iş təcrübəsi
- Mühasibat uçotu metodologiyası sahəsində biliklər
- Maliyyə hesabatı üzrə milli və beynəlxalq standartlar sahəsində biliklər
- 1 C proqramında sərbəst işləmək təcrübəsi
- www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- MS EXCEL proqramından əla istifadə bacarığı
- Lazımi informasiyanı tez və keyfiyyətli şəkildə tapmaq və sistemləşdirmək bacarığı

Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Mühasib” başlığı ilə qeyd edərək applicants@ajdaha.az göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP