Mətn yazarı
 
JOB TITLE: Mətn yazarı
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-17 LAST UPDATED: N/A DEADLINE: 2020-04-16

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Mətn yazarı (Copywriter)

Fəaliyyət sahəsi: Sosial Media Marketinq

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dillərində səlis danışma və yazma qabiliyyəti;
• İngilis dilindən tərcümə etmə bacarığı;
• Mətnyazarı (Copywriter) vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
• İnternetdən məlumatı qısa müddət ərzində tapmaq bacarığı;
• Sürətlə yazma bacarığı;
• İşlərdən ibarət Portfolio.

Arzuolunan tələblər:

• Filologiya, jurnalisika və ya marketinq sahəsində təhsil arzuolunandır;
• İşdə özünü təkminləşdirmə istəyi;
• Mətnin reklam formasında təqdim etmə bacarığı;
• Analitik düşüncə tərzi.

Əmək funksiyaları

• Müxtəlif formatda reklam mətnlərinin və kontentin yazılması;
• Layihənin mahiyyətini dərindən anlamaq (materialın məqsədi, mesajın məzmunu);
• Mətnin strukturunu yaratmaq;
• Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər düşünmək;
• Məhsulların marketinq cəhətdən təsviri;
• Məhsul və xidmətlərin tanıtımı üçün paylaşım məktublarını yazmaq;

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mətn yazarı (Copywriter)” qeyd edərək hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP