Regionlar üzrə İnsan Resursları Koordinatoru (Gəncə şəhəri)
 
JOB TITLE: Regionlar üzrə İnsan Resursları Koordinatoru (Gəncə şəhəri)
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-12 LAST UPDATED: N/A DEADLINE: 2020-04-11

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Regionlar üzrə İnsan Resursları Koordinatoru (Gəncə şəhəri) ” vəzifəsi üzrə vakansiyanı açıq elan edir!

Vəzifələr:

- Müəssisədə işçi ehtiyacının müəyyən edilməsi, işçilərin axtarılması, namizədlərin müsahibələrə dəvət olunması və müsahibələrin keçirilməsi;
- Regionlar üzrə ümumi İnsan Resurslarının digər modulları ilə bağlı fəaliyyətinə dəstək göstərilməsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əsasnaməyə və təlimatlara müvafiq olaraq yeni işə qəbul olunmuş işçilərin sənədləşdirilməsi, oriyentasiyası və adaptasiyasının təşkil edilməsi;
- Vəzifə dəyişikliyi, nizam-intizam pozuntuları ilə bağlı proseslərin icrasında birbaşa iştirak edilməsi;
- İşçilərin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması üçün sənədlərin hazırlanması;
- İşçilərin davamiyyətinin qeydiyyatının toplanması və aidiyyatı şöbəyə təhvil verilməsi;
- İşdən azad olunan işçilərin təhvil-təslim proseslərinin təmin edilməsi.

Tələblər:

Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahələri üzrə);
Yaş həddi : 25-35;
AR Əmək qanunvericiliyi bilikləri;
MS Office proqramlarından istifadə bacarığı;
Müvafiq sahədə 1 il iş təcrübəsi;
İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
İş ilə bağlı mütəmadi olaraq Ezamiyyətlərə getmək imkanının olması.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 08:00-17:00;
Tibbi Sığorta ilə təminat;
Şirkət hesabına nahar;
İş yeri Gəncə şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Regionlar üzrə İnsan Resursları Koordinatoru ” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP