Marketinq üzrə Mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə Mütəxəssis
EMPLOYER: Klimat-X DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-12 LAST UPDATED: N/A DEADLINE: 2020-04-11

«Klimat-X» MMC –yə Marketinq üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

ƏSAS VƏZİFƏ və ÖHDƏLİKLƏR:

• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil edir;
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkət bloqunun moderasiyasını aparır;
• Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
• Müştərilərdən gələn sorğuları cavablandırır;
• Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
• Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
• İstifadə olunan saytların effektivliyini təhlil edir;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul, xidmət və kompaniyaların inkişaf etdirilməsini təmin edir;

NAMİZƏDLƏR AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİRLƏR:

• Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə sahələr üstünlükdür);
• Müvafiq sahədə 1 illik iş təcrübəsi;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
• Azərbaycan dilini mükəmməl bilmək, (ingilis, rus dili üstünlükdür)
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) kklimatx@gmail.com e-ünvanına Marketinq üzrə Mütəxəssis başlığı ilə təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP