Qrafik dizayner
 
JOB TITLE: Qrafik dizayner
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-11 LAST UPDATED: N/A DEADLINE: 2020-04-10

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Qrafik dizayner

İşin təsviri:

• Reklam maketlərin və müxtəlif növ poliqrafik məhsulların yaradılması və səhifələnməsi;
• Banerlərin, loqotiplərin, korporativ və suvenir məhsullarının dizaynlarının yaradılması;
• POS-materiallarının dizaynlarının yaradılması;
• Genişformatlı və çöl reklamlarının dizayn tərtibatı;
• Maketlərin çapa hazırlanması;
• Şəkillərin işlənməsi və web üçün qrafik materilların yaradılması;
• Marketinq şöbəsinin mütəxəssisləri ilə əməkdaşlıq və birgə işin aparılması.

Tələblər:

• Qrafik dizayn sahəsində 2 il iş təcrübəsi;
• Photoshop, Illustrator, InDesign, CorelDraw qrafik tədbiqlərin mükəmməl biliyi;
• 3D qrafik tədbiqlərin (3Ds Max, 4D Cinema, Solidworks) biliyi olanlara üstünlük veriləcək;
• Kompozisiya, maketləmə anlayışı və qrafik dizayn trendlərindən xəbərdar olması;
• Bir neçə layihə üzrə işləmək qabiliyyəti;
• Detallara diqqətli, səliqəli;
• Komanda tərkibində və fərdi şəkildə işləmək bacarığı.

İş şəraiti:

• Əmək haqqı danışıq əsasında;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=153 onlayn-anketi dolduraraq və ya hr@metak.az ünvanına CV göndərərək 11.04.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP