Xaricdə Təhsil Proqramları üzrə Menecer
 
JOB TITLE: Xaricdə Təhsil Proqramları üzrə Menecer
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-11 LAST UPDATED: 2020-03-18 DEADLINE: 2020-04-10

“Kaspi” Təhsil Şirkəti Xaricdə Təhsil Proqramları üzrə Menecer vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• Ali təhsil;
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı, Rus dili üzrə yaxşı səviyyədə biliklər arzuolunandır;
• MS Office proqramlarından yüksək istifadə bacarığı.

Tələb olunan bilik və bacarıqlar:

• Dəqiqlik, düzgünlük, etibarlılıq və məsuliyyətlilik;
• Yüksək ünsiyyət bacarığı;
• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
• Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
• Müştərilərlə işləmək bacarığı;
• Təşkilatçılıq və təqdimat bacarıqları.

Vəzifə öhdəlikləri

• Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
• Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
• Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqəlirini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
• Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
• Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə “Kaspi” Təhsil Şirkətini təmsil etmək;
• Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
• Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
• Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
• Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək.

Əlavə məlumatlar:

• İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi
• Elan tarixi: 11.03.2020
• Son müraciət tarixi: 28.03.2020

• Maraqlananlar İşə müraciət formasında ( https://www.kaspi.edu.az/career/ ) Xaricdə Təhsil Proqramları üzrə Menecer vəzifəsini seçməklə müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP