Satınalma mütəxəssisi
 
JOB TITLE: Satınalma mütəxəssisi
EMPLOYER: Emsa Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-11 LAST UPDATED: N/A DEADLINE: 2020-04-10

Satınalma mütəxəssisi

Tələblər:

 Təchizat sahəsində ən az 1 il iş təcrübəsi
 Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
 Təchizatın planlaşdırılması
 Bazarı təhlil etmək bacarığı
 Danışıqların aparılması bacarığı
 Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
 Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
 Dil bilikləri:Rus dili, İngilis dili
 MS Office proqramları
 Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
 Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

Vəzifə öhdəlikləri:

 Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək
 Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
 Açılmış sifariş formalarının analizi
 Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması
 Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
 Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması
 Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək
 Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması
 Təchizatçıların seçimi və qiymətləndirilməsi
 Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək
 Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması

İş şəraiti

 İş rejimi – I-V gün 09:00 – 18:00
   VI gün 09:00 – 13:00
 Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@emsa.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Satınalma üzrə mütəxəssis)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP