Təcrübəçi – Kredit İşçisi ( Bakı və regionlar )
 
JOB TITLE: Təcrübəçi – Kredit İşçisi ( Bakı və regionlar )
EMPLOYER: International BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-10 LAST UPDATED: 2020-03-11 DEADLINE: 2020-04-09



İş Elanı № 04/20

“İnternational” Kredit Təşkilatı Bakı, Gəncə, Tovuz, Astara, Lənkəran, Biləsuvar, Quba, Mingəçevir, Goranboy, Bərdə şəhərlərində yerləşən filiallarına “Təcrübəçi – Kredit İşçisi” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır. “Təcrübəçi – Kredit İşçisi” kimi seçiləcək namizədlər təlimləndirmə prosesini bitirdikdən sonra göstəricilərindən (nəticələrindən) asılı olaraq Kredit İşçisi vəzifəsinə təyin olunacaqlar.

Tələblər:

• İş təcrübəsi tələb olunmur;
• Ali və ya orta texniki təhsilli məzunlar;
• Elementar riyazi hesablama aparmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Aidiyyatı coğrafi ərazidə potensial müştərilərin cəlb edilməsi;
• Marketinq yolu ilə “İnternational” Kredit Təşkilatının kredit məhsullarını və xidmətlərini təklif etmək;
• Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək və yazılmasında yardım etmək;
• Kreditin verilməsi prosesini yönəldicidən öyrənmək və yeri gəldikdə kreditverilmə prosesində iştirak etmək;
• Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.

“İnternational” Kredit Təşkilatı öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, CV - nizi 31 Mart 2020-ci il tarixinə kimi Subject/Mövzu hissəsində “Təcrübəçi – Kredit İşçisi ( Şəhər adı )” layihəsi və işləmək istədiyiniz şəhərin adını qeyd edərək HR@icu.az elektron ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP