İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi
 
JOB TITLE: İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-10 LAST UPDATED: N/A DEADLINE: 2020-04-09

İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi

Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
• Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək,
• Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
• Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
• Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək,
• Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək.
• Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək,
• Əməkdaşlar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək,
• Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək,
• Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada, müstəri məmnuniyyəti və keyfiyyət planına uyğun həyata keçirmək,
• İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
• Şirkət mərkəzi ofisi və fillilları ilə effektiv koordinasiyalı işləmək,
• Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
• Smetaların hazırlanması.
• Filiallarda təmir işlərini təşkil etmək
• Bankın mövcud filiallarında podratçı şirkətlərin apardığı işlərə nəzarət etmək
• Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək
• Filiallarda təmir işlərinin aparılmasının zəruri olub-olmadığını yoxlamaq
• Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemlərin həll edilməsinin təşkil etmək
• İnzibati İdarəetmə Departamentinin Rəhbərliyi tərəfindən qoyulmuş bütün vəzifələri yerinə yetirmək

Tələblər

• İnşaat və tikinti sahəsi üzrə Ali təhsil;
• Təmir və tikinti sahəsi üzrə ən az 3 illik təcrübə;
• Layihələrin idarə olunması bacarığı;
• Autocad və Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
• İngilis dili yüksək səviyyədə, Rus dili (üstünlükdür).

Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində “Təmir-tikinti üzrə şöbə rəisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP