Hüquqi Mübahisələr üzrə Regional Hüquqşünas
 
JOB TITLE: Hüquqi Mübahisələr üzrə Regional Hüquqşünas
EMPLOYER: Telekommunikasiya şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-06 LAST UPDATED: N/A DEADLINE: 2020-04-05

Telekommunikasiya şirkəti Hüquqi Mübahisələr üzrə Regional Hüquqşünas vəzifələri üzrə işçi qəbulu elan edir.

Regional Hüquqşünaslar aşağıdakı bölgələrin hüquqi məsələlərini koordinasiya edəcəklər:

1. Şimal-şərq-2: (Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz);
2. Qərb-2: (Şəmkir, Göygöl, Naftalan, Goranboy);
3. Aran-2: (Kürdəmir, Saatlı, Sabirabad, Şirvan);
4. Qarabağ-1: (Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Bərdə);
5. Qarabağ-2: (Füzuli, Beyləqan, Cəbrayıl, İmişli);
6. Cənub-1: (Salyan, Neftçala, Biləsuvar, Cəlilabad).

ƏMƏK HAQQI: 750 AZN (net)

Əsas vəzifə və öhdəlikləri:

• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatının həyata keçirir, normativ sənəd bazasının hazırlayır, zəruri dəyişiklikləri edir;
• Qovşaqların mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsinin təmin edir;
• İddia ərizələrini pretenziyalarının məhkəmə aktlarından apelyasiya, kassiya şikayyətlərinin hazırlanmasını;
• Daxil olan ərizə, şikayət və tapşırıqları keyfiyyətlə icra edir;
• Rabitə xətlərində baş vermiş zədələnmə qırılma və cinayət xarakterli digər əməllərin qarşısının alınması üçün iddialar qaldırır;
• Rabitə qaydalarına əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır;
• Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və şirkətin siyasətinə uyğunluğunu təmin edir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali Hüquqi Təhsil;
• Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
• Mülki, mülki prosessual, cinayıt, cinayət prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyini bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Kompüter bilikləri üzrə: MS Office word və outlook proqramlarını mükəmməl bilməlidir.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Regional Hüquqşünas (bölgənin adı)) qeyd etməyinizi xahiş edirik: E-ünvan: telecom.corp2015@gmail.com .

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP