Mikro kreditlər üzrə mütəxəssis
 
JOB TITLE: Mikro kreditlər üzrə mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-06 LAST UPDATED: N/A DEADLINE: 2020-04-05

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Mikro kreditlər üzrə mütəxəssis elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Mikro kreditlər üzrə mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) training@yelo.az ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Biznes müraciətlərinin təhlili
• Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
• Biznes görüşlərinin təşkili
• Müştəri şəbəkəsinin genişləndirilməsi

Tələblər:

• Ali təhsil
• Ünsiyyət qurmaq bacarığı
• Riyazi biliklər
• Komandada işləmək bacarığı

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP