Briqadir-Mexanik
 
JOB TITLE: Briqadir-Mexanik
EMPLOYER: Azertexnolayn MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-04 LAST UPDATED: N/A DEADLINE: 2020-04-03

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Briqadir-Mexanik”

Əmək funksiyası:

- Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini və dərəcəsini təyin etmək;
- Mürəkkəb dəzgahların, sadə maşın və avtomatların sazlanması və tənzimlənməsi;
- İllik Texniki Plana uyğun olaraq planlı xidmətlərin mütəmadi keçirilməsini təşkil etmək.
- Kritik hissələrin müəyyənləşdirilməsi,sifariş keçirilməsi üçün şöbə rəisinə vaxtında məlumatın verilməsi.
- İşçilərin işlərinin müəyyənləşdirilmiş plan üzrə bölünməsi.
- Müxtəlif konstruksiyalı mexanizmlərin hazırlanılması və dəqiq emal işlərinin görülməsinin təşkil olunması
- Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;
- Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
- Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;

Namizədə tələblər:

- Xidmət edilən dəzgahların quruluşunu və istismarı qaydalarını
- Dəzgahın pasportunu və çertyojlarını.
- Quraşdırılmış dəzgah və ya qurğunun texniki rəsminin və pasportunun hazırlanılması
- Texniki rəsmlərin çəkilməsi və hazırlanılması üçün proqramları
- Prosedura uyğun olaraq sənədləşmə və yazışma qaydalarını
- İndukison sobaların quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;
- Materialların əsas texnoloji və mexaniki xassələrini;
- Xüsusən mürəkkəb maşınların, konstruksiya xüsusiyyətlərini;
- İstehsal sahəsi üzrə 5 il iş təcrübəsi

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Briqadir-Mexanik” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP