Satış və Marketinq üzrə Mütəxəssis
 
JOB TITLE: Satış və Marketinq üzrə Mütəxəssis
EMPLOYER: Grand-Agro İnvitro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-04 LAST UPDATED: N/A DEADLINE: 2020-04-03

Satış və Marketinq üzrə Mütəxəssis

Grand-Agro İnvitro” MMC Azərbaycanın klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. Qurum bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq etməkdədir. Şirkətin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazar rəqabətinə tab gətirə biləcək yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.

Əsas vəzifələr:

• Bitkilərin yetişdirilməsinin planlaşdırılması üçün marketinq araşdırması aparmaq;
• Ting satışını həyata keçirə biləcək şirkətləri araşdırmaq, mümkün layihələr üzrə danışıqlar aparmaq;
• Reklam, buklet, jurnal, qəzet və internet nəşrləri ilə keçiriləcək reklam imkanlarını izləmək, uyğun olan təqdimat tədbirlərini müəssisə rəhbərinə bildirmək, verilən qərara uyğun olaraq lazımi tədbirlərə qatılmaq;
• Mövcud müştərilərin davamlılığının təmin edilməsi məqsədilə marketinq işlərini həyata keçirmək;
• Müştərilərin nümayəndələrini müntəzəm olaraq ziyarət etmək, müştərilərin şikayət və tələblərini qeyd etmək, müəssisə rəhbərini bu barədə məlumatlandırmaq və müştəriyə geri bildiriş göndərmək;
• Müntəzəm müştəri ziyarətləri ilə müştərilərə satışdan sonra dəstək vermək və bunu qeydiyyata almaq;
• Satışların mənfəət/zərərini təhlil etmək;
• Göndəriləcək bitkilərin hazırlanmasında iştirak etmək, göndərilməsinə razılıq vermək və göndərilən bitkilərə dair məlumatların qeydə alınmasının təmin etmək;
• Gündəlik həyata keçirilən fəaliyyətlərə dair hesabatların yazılı olaraq müəssisə rəhbərinə təqdim edilməsini təşkil etmək;

Namizədə tələblər:

• Ali Təhsil;
• Uyğun sahədə ən azı 3 il iş təcrübəsi (kənd təsərrüfatı sahəsində təcrübənin olması arzu olunandır);
• Satış qabiliyyətləri yüksək səviyyədə olmalıdır;
• Təqdim etmə bacarığı;
• Azərbaycan dilində səlis danışa və yazışmaları apara bilməli (ilgilis və rus dili biliyinin olması üstünlükdür);
• Ölkə xarici və rayonlara ezam getmə imkanının olması;

İş şərtləri:

İş vaxtı I - V günlər 08:30-17:30
Şirkət tərəfindən nahar, nəqliyyat və korporativ nömrə ilə təmin edilmə;
Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Əlaqə:

Tel: 012 5048888

Maraqlanan şəxslər mövzu hissəsinə Satış və Marketinq üzrə Mütəxəssis yazmaqla öz CV-lərini hr@grandagroinvitro.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP