Xəzinədar
 
JOB TITLE: Xəzinədar
EMPLOYER: Milla DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-03-03 LAST UPDATED: N/A DEADLINE: 2020-04-02

Vəzifə: Xəzinədar

Tələblər:

- Ali təhsil
- Müvafiq sahadə 3 ildən yuxarı iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir
- Komputer bilikləri: 1C, Excel

Vəzifə öhdəlikləri:

- Pul vəsaitlərinin mədaxili və məxaricinin planlaşdırılması, ödənişlərin bölgüsünü apararaq ödəniş təqviminin hesablanması (bill payments calendar)
- Pul vəsaitlərinin mədaxil qrafikini hazırlamaq, pul vəsaitlərinin vaxtında mədaxil olmasına nəzarət etmək, pul vəsaitlərinin vaxtında mədaxil olmadıqda səbəblərini müəyyən etmək;
- Kassa əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;
- Pul vəsaitlərinin hərəkatına dair hesabat (cash flow) və digər hesabatları hazırlamaq (gündəlik, aylıq, rüblük, illik);
- Rəhbərlik etdiyi işçilərin işinə nəzarət etmək;
- Bank və kassa əməliyyatlarının informasiya məlumat bazasına vaxtında və düzgün işlənməsini təmin etmək.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq vəzifə adını qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@milla.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP