Mikro-biznes kreditləri üzrə təcrübəçi ( Bakı, Gəncə, Masallı, Şəki, Sumqayıt )
 
JOB TITLE: Mikro-biznes kreditləri üzrə təcrübəçi ( Bakı, Gəncə, Masallı, Şəki, Sumqayıt )
EMPLOYER: Embafinans DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-28 LAST UPDATED: N/A DEADLINE: 2020-03-29



Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən ,Bank Olmayan Kredit Təşkilatıdır. Müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və bütün ölkə ərazisində təmsil olunur.

“EmbaFinans” QSC Bakı, Gəncə, Masallı, Şəki, Sumqayıt şəhər filialları üçün Mikro-biznes kreditləri üzrə təcrübəçi vakansiyasını elan edir.

İş şəraiti

İş yeri-Embafinans QSC
İş vaxtı-Həftənin 1-5 ci günləri (09:00-18:00)
Şirkət tərəfindən nahar,
Korporativ təcrübəçi nömrəsi
Korparativ iş mühiti
Yol xərclərinin qarşılanması üçün 150 AZN.
Təcrübəni uğurla keçən namizədlər üçün işlə təmin olunma imkanı.

Əsas vəzifələri

• Yeni müştərilərin cəlb olunması və kredit məhsulları barədə məlumatlandırılması;
• Kredit üzrə müraciətlərlə bağlı biznes təhlilin aparılması;
• Biznes təhlillərlə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi;
• Müştəriyə kredit məhsullarına dair məsləhətlərin verilməsi;
• Kredit sənədlərinin tərtibatı;
• Kredit portfelinin formalaşdırılması və idarə olunması

Vəzifəyə olan tələblər

• Bəy namizədlər
• 21-30 yaş;
• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan dili. (ingilis və rus dilini bilmək arzu olunandır);
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
• Analitik qabiliyyət və riyazi düşüncə;
• Şəffaflıq, çevik qərar vermə, detallara qarşı diqqətlilik;
• MS office proqramlarında sərbəst işləmə bacarığı;

Karyerasını bank sahəsində qurmaq istəyən, öyrənməyə açıq, həvəsli eləcə də universitetdən yeni məzun olan namizədlər özü üçün Bakı , Gəncə, Masallı, Şəki, Sumqayıt şəhərində yaşayış və iş şəraitini nəzərə alaraq, cv-nin mövzu hissəsində vakansiyanın və çalışmaq istədiyi bölgənin adını qeyd etməklə, IseQebul@embafinans.az email ünvanına göndərə bilər.(Şəkilsiz cv-ə baxılmayacaq).

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP