Müştəri Xidmətləri-təcrübə proqramı
 
JOB TITLE: Müştəri Xidmətləri-təcrübə proqramı
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-28 LAST UPDATED: 2020-02-28 DEADLINE: 2020-03-29

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Müştəri Xidmətləri üzrə təcrübə proqramını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Müştəri Xidmətləri-təcrübə proqramı” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) cv@yelo.az ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
• Bank məhsulları haqqında müştəriləri dolğun məlumatlandırmaq
• Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək

Tələblər:

• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı

Təcrübə müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Yelo Bankda gələcəkdə işlə təmin olunma imkanı
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri
• Gənclərin təcrübə proqramı ərzində real iş mühitində hazırlığı onların gələcəkdə yeni iş mühitinə qısa zamanda adaptasiyasını təmin edəcəkdir

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP