İngilis dili üzrə müəllim təcrübə proqramı
 
JOB TITLE: İngilis dili üzrə müəllim təcrübə proqramı
EMPLOYER: Barattson School of Business & Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-27 LAST UPDATED: N/A DEADLINE: 2020-03-28

Barattson MMC 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun təlimlər verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.

Barattson MMC “İngilis dili üzrə müəllim təcrübə proqramı”nı elan edir:

Başlama tarixi: 03.04.2020
Proqram həftədə 2 dəfə olmaqla 1 ay müddətinə davam edəcək

Bu təcrübə proqramı sizə nələr qazandıracaq:

 Tədris bacarıqları və sinfin idarəetmə texnikasını öyrənmək;
 Baş müəllimin müşahidəsi ilə müxtəlif səviyyələr ilə dərs keçmək;
 Bölmənin fəaliyyəti ilə bağlı xüsusi layihələrdə iştirak etmək;
 Şirkətin müvafiq görüş və tədbirlərində iştirak etmək;
 Konseptual biliklərə və siniflərdə müxtəlif nəzəriyyə və qiymətləndirmə prosedurlarının effektiv tətbiqinə yiyələnmək;
 Dil və dil tədrisi, pedaqoji yanaşma və sinif proseslərinə dair müasir perspektivlər əldə edə bilmək;
 İşlərin gündəlik olaraq planlaşdırılması;
 Barattson komandasına qoşulmaq imkanı;
 Proqramı uğurla bitirən iştirakçılar sertifikat ilə təmin olunacaq;

Tələblər:

 Orta yaxud ali təhsil
 Azərbaycan dili – səlis, İngilis dili – B2/ IELTS – 6.5
 Yaş həddi: 21+
 Kreativ yanaşma
 Özünü inkişafa meyilli

Namizədlərdən CV formalarını vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İngilis dili üzrə müəllim təcrübə proqramı”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 15 mart 2020-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP