Mütəxəssis (Müştəri Əlaqələrinin İdarə edilməsi üzrə - CRM)
 
JOB TITLE: Mütəxəssis (Müştəri Əlaqələrinin İdarə edilməsi üzrə - CRM)
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-26 LAST UPDATED: N/A DEADLINE: 2020-03-27

Vəzifə: MÜTƏXƏSSİS (Müştəri Əlaqələrinin İdarə edilməsi üzrə - CRM)

Vəzifə öhdəlikləri:

- Müştərilərin loyallığını artırmaq və qorumaq üçün fəaliyyətin planlaşdırması;
- CRM sisteminin inkişafı və tətbiqi proqramının idarə edilməsi: biznes tələblərinin formalaşmasında iştirak etmək, həyata keçirilməsinə nəzarət etmək;
- CRM üzrə fəaliyyətin qiymətləndirilməsi, hesabatların hazırlanması;
- CRM kampaniyalarının həyata keçirilməsi üçün biznes proseslərinin optimallaşdırılması;
- CRM istiqaməti üzrə uzunmüddətli inkişaf planının yaradılması;
- Aylıq satışlar üzərindən müştəri yönümlü təhlillərin aparılması;
- Müştəri şikayətlərinin idarə edilməsi və ay sonu hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.

Tələblər

- Marketinq, menecment və oxşar sahədə ali təhsil;
- Mükəmməl Azərbaycan və Rus dilləri, İngilis dili (arzuolunandır);
- Müvafiq sahədə 2-3 il iş təcrübəsinin olması;
- Marketinq üzrə ümumi bilik və bacarıqlar;
- MS office proqramlarında sərbəst istifadə (Word, Excel, PowerPoint);
- Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV –ni (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP