Restoran meneceri
 
JOB TITLE: Restoran meneceri
EMPLOYER: Pak Dad Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-17 LAST UPDATED: N/A DEADLINE: 2020-03-18



Şirkətimiz “Pak Dad Group” brendi adı altında 4 Pakdad restoranı, Manqal, Express Steak, Kükü, Nargilə, Kabab Dünyası, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Restoran meneceri.

İş barədə məlumat

1. Restoranın fasiləsiz fəaliyyətinin təşkili.
2. Standartların tələblərinə riayət edilməsinə nəzarət.
3. Müştərilərlə işin aparılması.
4. İnventarizasiyanın təşkili.
5. Gündəlik hesabatların hazırlanması .
6. Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət.
7. Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi.
8. Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək.
9. Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;
10. Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək.
11. Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada
təqdim edilməsinə nəzarət etmək.
12. İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;
13. Restoran heyətinin planlaması və işçi tələbini müəyyən edərək İR Departamentinə məlumat vermək
14. Heyətin iş qrafiki, istirahət və məzuniyyət qrafiklərini müəyyənləşdirmək.
15. İşçilərin növbəçilik cədvəlinə və davamiyyətinə nəzarət.
16. İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak.

Namizədə aid tələblər;

1. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
2. İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək.
3. Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi.
4. Etik davranış qaydalarına sahib olmalı.
5. Diqqətli, məsuliyyətli və cəld.
6. Komandada işləmək bacarığı.
7. Gülərüzlü və hörmətli olmalı .
8. Dinləmə mədəniyyəti.
9. Xarici görünüşünə diqqət göstərməli.
10. Danışıq qabiliyyəti yüksək olmalı.
11. Müştəri ilə ünsiyyət qurmağı bacarmalı.
12. İdaretmə qabiliyyətinə sahib olmalı.
12. Xarici dil bilikləri; rus dili yüksək və ingilis orta səviyyədə bilməlidir.

Əlavə şərtlər

1. Əmək haqqı: müsahibə əsasında təyin olunacaqdır.
2. 6 günlük iş həftəsi, növbəli iş qrafiki ;
3. Nahar şirkət tərəfindən verilir ;
4. Korporativ nömrə.

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Restoran meneceri” qeyd etməklə hr@pakdad.az email ünvanına göndərə və ya 051-235-52-34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd: Yuxarıda göstərilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP