Planlama və Logistika üzrə mütəxəssis
 
JOB TITLE: Planlama və Logistika üzrə mütəxəssis
EMPLOYER: Şam-Fi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-22 LAST UPDATED: N/A DEADLINE: 2020-02-21



“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir. Distribüter olduğumuz şirkətin məhsullarının öncə Bakı şəhərində, az bir müddətdən sonra isə Azərbaycanın bütün bölgələrində satışının təşkil edilməsini həyata keçirdik.

Hal-hazırda komandamıza aşağıdakı tələblərə uyğun Planlama və Logistika üzrə mütəxəssis axtarılır.

İş barədə məlumat:

• Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq mallarının satışını təşkil etmək;
• Müştərilər tərəfindən verilən və Cəmiyyətin daxili proqram təminatı üzərindən daxil olmuş sifarişlərin operativ şəkildə icrasını təmin etmək;
• Qiymətlərin yenilənməsi və hesabat.
• Malların daşınmasının və gömrük rəsmiləşdirilməsinin təşkili üçün müşayiət sənədlərinin (sertifikatlar, sığorta, beynəlxalq sənədlər) hazırlanması.
• Nəqliyyat vasitələrinin hərəkətinə nəzarət və monitorinq.
• Gündəlik fəaliyyət haqqında şöbə müdirinə hesabat vermək.

Tələblər:

• Ali təhsil
• Xarici dil biliyi (rus dili və ingilis dili yaxşı səviyyədə)
• Logistika sahəsində təcrübə arzuolunandır
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
• Məsuliyyətli, dəqiq, analitik düşüncə, səliqəli olmalı

Digər məlumatlar:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Yüksək karyera imkanları;
• 5 günlük iş qrafiki;

Uyğun namizədlər mövzu qismində "Planlama və Logistika mütəxəssisi" sözünün qeyd edərək cv-lərini cv@sham-fi.az e-mail adresinə göndərə bilərlər. Ətraflı məlumat üçün http://sham-fi.az/

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP