Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: HoReCa LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-22 LAST UPDATED: N/A DEADLINE: 2020-02-21

Satış təmsilçisi

HoReCa sektorunda fəaliyyət göstərən Horeca MMC təqdim etdiyi məhsullar və yüksək müştəri məmnuniyyəti sayəsində müsbət ad qazanmışdır. Şirkət qabaqcıl Avropa brendləri ilə əməkdaşlıq edib peşəkar təmizlik məhsulları və avadanlığının satışı ilə məşğuldur.

Vəzifənin təsviri

• Mütəmadi olaraq potensial müştərilərin axtarılması
• Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı
• Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu.
• Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması
• Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi

Şərtlər

• Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
• İş qrafiki həftə içi 8 30 – 17 30, şənbə - yarı iş günü, bazar-istirahət günü
• Müntəzəm yerli və xarici təlimlərin verilməsi
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Yanacaq və telefon danışıq haqqının verilməsi
• Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Namizədə tələblər

• Ali təhsil
• Sürücülük vəsiqəsi (B kategoriya)
• HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
• Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı
• Ünsiyyət qurmaq və inandırmaq bacarığı

Şəxsi avtomobili olan və rus dilini bilənlərə üstünlük veriləcəkdir.

CV-lərinizi Hr@horeca.com.az email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP