Satış və Marketing Meneceri
 
JOB TITLE: Satış və Marketing Meneceri
EMPLOYER: 360 Adworks Google DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-08 LAST UPDATED: 2019-11-13 DEADLINE: 2019-12-08

Şirkət haqqında:

360 Adworks Google şirkətinin premium partneri kimi fəaliyyət göstərir. Türkiyə və Azərbaycanın bir sıra böyük şirkətlərinin digital marketing büdcələrini idarə edən şirkətimiz illərə dayanan qlobal təcrübəyə sahibdir.

Hər biri öz sahəsində ən az 10 il təcrübəyə sahib mütəxəssislərdən ibarət, Google sertifikalı komandamızın təcrübəsi ilə çalışırıq. Bugünə qədər, bütün sektorlarda 100`in üzərində müştəri üçün xidmət verdik və 100 000$ üzərindəki büdcələri idarə etdik. Google İrlandiya və Google Türkiyə ofisi ilə işbirliyimiz, doğru reklam planlama, kriz idarəsi, problem həlli kimi məsələlərdə yetərli bilgi və təcrübəyə sahibik.

Gənc, çevik və geniş vizyona sahib olan şirkətimizə qoşularaq siz də özü karyeranız üçün yeni üfüqlər yaradın.

Satış və Marketing Meneceri

Google və məhsullarını sevirsən? Rəqəmsal marketinq-ə marağın var?

Əgər satış mövzusunda iddialı və həvəslisənsə, yeni müştərilərlə danışmağı , portfelinizi idarə etməyi və satış gerçəkləşdiyində motivasiyanız artırsa, bu sənin üçün əla fürsətdir!

Güclü ünsiyyət bacarığıyla dinamik iş mühitimizə uyğunlaşaraq Google Ads məhsullarını Şirkətlərə tanıdacaq, Satış və Marketing mütəxəssisi axtarırıq.

Kimi Axtarırıq

- Sıradanla kifayətlənməyəni,
- Sınamaqdan qorxmayanları,
- Öyrənməyə ac olanları,
- Mənim vəzifəm deyil cümləsindən bezənləri
- Bu iş daha yaxşı necə edilər deyənləri
- Ayaqqabısına daş girsə də qaçmağdan bezməyənləri
- Öz güvənli dünyasından çıxmaq istəyənləri
- Dəyişməyə cəsarət edənləri

Minimum Xüsusiyyətlər

● Universitet məzunu
● Minimum 1 illik satış yönümlü iş təcrübəsi
● Analitik düşünmə və problem həll etmə bacarığına sahib olmaq
● Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
● Komanda oyunçusu, enerjili və həll yönümlü
● Yenilikçi və sürətlə dəyişən iş mühitində çalışa bilən
● Araştırmağı və öyrənməyi sevən

Üstünlük Verilir

Ənənəvi və rəqəmsal marketinq dünyası haqqında bilgili / təcrübəli

İş Təsviri

- Reklam sahiblərinin profillərini, ehtiyaclarını və gözləntilərini anlamaq,
- Mövzu haqqında ən az məlumatı olan şirkətlər üçün də onlayn reklam ehtiyaclarının və məqsədlərinin formalaşmasında əsas rol oynamaq,
- Şirkətlərin suallarını cavablandırmaq, onlayn reklamla bağlı mütəxəssis məsləhət və tövsiyələrini vermək,
- Şirkətlərin Google Ads reklam ehtiyaclarını sektorlarına görə və tək-tək analiz etməklə təhlil etmək və qiymətləndirmək,
- Müştəri məmnuniyyəti yolunda real gözləntiləri təmin etmək
- Portfelindəki Google Ads istifadə edən müəssisələrin gözləntilərini aktiv idarə etməklə uzunmüddətli perspektivdə davamlı strategiyalar hazırlamaq,
- Google İrlandiya və Google Türkiyə Mütəxəssisləri ilə yaxından çalışaraq, yeni reklam verənlərin reklam məqsədlərinə çatdıqlarından əmin olmaq,
- Müştərilərə ilk növbədə fərq yaradan bir xidmət təqdim etmək anlayışıyla hədəf yönümlü satış etmək.
- Bu profil sizə uyğun olarsa, rəqəmsal marketinq dünyası sizi gözləyir və təqdim etdiyimiz təlim nəticəsində Siz, Google Ads sertifikatları da ala biləcəksiniz!

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Satış və Marketing Meneceri " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) info@360adworks.com elektron ünvanına göndərə bilərlər.  

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP