Junior Sous Chef Pastry
 
JOB TITLE: Junior Sous Chef Pastry
EMPLOYER: PAUL Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-08 LAST UPDATED: N/A DEADLINE: 2019-12-08

“Groupone” MMC şirkəti PAUL restoranlar şəbəkəsinə aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir:

Vəzifə: Junior Sous Chef Pastry (Aşpaz – şirniyyatçı)

Vəzifə öhdəlikləri:

• Qənnadı məmulatlarına yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək.
• Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq.
• Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək
• Pəhrizli qənnadı məmulatlarının hazırlanması qaydalarına riayət etmək
• İtkilərin azaldılmasını və istilik prosesi zamanı qida keyfiyyətlərinin saxlanılması qaydalarına riayət etmək.
• Hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələrdən istifadə etmək.

Tələblər:

• Təhsil: orta
• Yaş həddi: 18-45
• Cinsi: Kişi və ya qadın
• İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq
• Dil bilikləri: azərbaycan və rus dilləri (əla), ingilis dili biliyinə üstünlük verilir
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
• Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əmək şəraiti:

• Əmək haqqı: 800-1000 AZN net təcrübədən asılı olaraq
• 9 saatlıq iş qrafiki
• Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydaları: CV-nizi hr@paul.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aşpaz – şirniyyatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP