Böyük hüquqşünas
 
JOB TITLE: Böyük hüquqşünas
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-07 LAST UPDATED: N/A DEADLINE: 2019-12-07

İş Elanı № 62/19

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal – hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı fəlaiyyətinin genişləndirilməsi ilə bağlı olaraq BAŞ OFİSİ üçün BÖYÜK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
• Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Tələblər:

• Hüquq üzrə magistr dərəcəsi;
• Korporativ işlər üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, ipoteka haqqında qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis, İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 noyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində BÖYÜK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP