Sürücü
 
JOB TITLE: Sürücü
EMPLOYER: Yalama Aqropark MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-06 LAST UPDATED: N/A DEADLINE: 2019-12-06

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Sürücü” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları

• Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
• Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
• Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
• Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
• Sərnişin daşıma qaydalarına riayət etmək
• Təyin olunmuş marşrutla hərəkət etmək, nəzərdə tutulmuş hərəkət cədvəlinə riayət etmək, optimal hərəkət sürətini seçmək, işçilərlə mədəni rəftar etmək
• Direktorun idarə etdiyi şirkət avtomobilinin təmizliyini təmin etmək
• Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

Tələblər

• Sürücülük vəsiqəsi «BCD» kateqoriyalı
• Yaş həddi: 30-50 yaş
• Yaşayış yeri: Xaçmaz rayonu (Xudat şəh) ərazisində yaşayanlara üstünlük veriləcək
• Əmək stajı sürücü kimi 5 ildən artıq
• Fiziki sağlam
• Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Sürücü” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP