IBA Tech Akademiyasına Menecer
 
JOB TITLE: IBA Tech Akademiyasına Menecer
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-06 LAST UPDATED: N/A DEADLINE: 2019-12-06



“ABB” ASC IBA Tech Akademiyasına Menecer vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Təlimlərin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsinə nəzarət, tələbələr ilə işin koordinasiyası;
 Akademiyadaxili proseslərə nəzarətin aparılması (məsələn: cədvəllərin tərtib olunması, tələbələrin davamiyyəti, qiymətləndirilməsi, mübahisəli məsələlərin həll olunması, təlimçilərin iş uçotu, ümumi akademiya statistikasının aparılması);
 Akademiyaya daxil olan müraciətlərlə bağlı məlumat mərkəzinin fəaliyyətinə nəzarətin aparılması;
 Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsinin təşkili, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;
 Akademiyadaxili tədbirlərin planlaşdırılması və təşkil olunması;
 Akademiyanın fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və kommunikasiya etdirilməsi;
 Akademiyanın əməkdaşlarının fəaliyyətinin idarə edilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (Təhsilin idarəedilməsi istiqaməti üzrə arzuolunandır);
 İdarəetmə sahəsində minimum 3 il iş təcrübəsi (Təhsilin idarəedilməsi və/və ya yüksək texnologiyalar sahəsində təcrübəyə üstünlük verilir);
 Yüksək EQ (Güclü ünsiyyət bacarığı, stressə davamiyyət);
 Problem həll etmə qabiliyyəti;
 Analitik bacarıqlar;
 Fərqli tapşırıqları yüksək səviyyədə yerinə yetirmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Müvafiq sahədə inkişaf imkanı;
 Rəqabətyönümlü əmək haqqı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Menecer” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP