Azərbaycan dili müəllimi
 
JOB TITLE: Azərbaycan dili müəllimi
EMPLOYER: Dərs Evi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-05 LAST UPDATED: N/A DEADLINE: 2019-12-05

Dərs Evi” tədris mərkəzində Azərbaycan dili müəllimi vəzifəsi üzrə vakansiya elan olunur

Niyə Dərs Evi?

Bura fərqli və innovativ tədris mərkəzidir. Bugünədək mövcud olan imtahana hazırlıq təcrübəsindən köklü şəkildə fərqlənir. Çoxillik beynəlxalq təcrübəyə əsaslanan və yerli imtahan tələblərinə uyğunlaşdırılmış unikal metodika əsasında fəaliyyət göstərir. İnteraktiv öyrətmə metodları, xüsusi hazırlanmış tədris materialları və imtahan simulyasiyaları ilə zəngin effektiv tədris proqramı sayəsində yalnız fənlər öyrədilmir, həm də imtahana hazırlaşdırılır. Daha ətraflı məlumat üçün www.dersevi.az

“Dərs Evi müəllimi” kimdir?

O, təkcə təlimçi deyil. O - liderdir, motivatordur, doğru yol göstərəndir. Dərs Evi müəllimi yenilikçidir. Daim yeni məlumatlar axtarışında olan, mütəmadi qiraət və peşəkar təlimlər vasitəsi ilə bilik və təcrübəsini zənginləşdirən, ən əsası isə peşəsini sevən birisidir.

“Dərs Evi müəllimi” adını kim qazana bilər?

• Ali məktəb tələbələri və ya yeni məzun olanlar
• Qəbul imtahanında tədris edəcəyi Azərbaycan dili üzrə minimum 20 suala doğru cavab verənlər
• Tədrisi həyata keçirəcəyi Azərbaycan dilini mükəmməl səviyyədə və rus dilini orta səviyyədə bilənlər
• İnnovativ olan, yenilikləri öyrənməyə can atanlar
• Güclü akademik bilikərə malik olanlar
• Dərs deməyə maraq və pedaqoji fəaliyyətdə müvəffəqiyyət əldə etmək arzusu
• Məsuliyyətli və zəhmətkeş olanlar

“Dərs Evi müəllimi” olmağın üstünlükləri:

• Yüksək məvacib
• Sertifikatlı təlimlər və fərdi inkişaf proqramları
• Uyğun iş qrafiki
• Güclü komandanın üzvü olmaq

Rezümelərinizi 11 noyabr 2019-cu il tarixindən gec olmayaraq dimteacher@dersevi.az elektron ünvanına göndərə bilərsiniz. Rezümelər mütləq iki dildə göndərilməlidir (azərbaycan və rus/ingilis). Rezümeni göndərərkən məktubun ‘’Subject’’ qrafasına vakansiyanın adını yazmağı unutmayın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP