Təlim və inkişaf üzrə Menecer
 
JOB TITLE: Təlim və inkişaf üzrə Menecer
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-05 LAST UPDATED: N/A DEADLINE: 2019-12-05

Təlim və inkişaf üzrə Menecer

MKT-İK MMC (Pambıq müəssisəsi) Təlim və inkişaf üzrə Menecer vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• İnsan Resurslarının inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası;
• İnsan Resurslarının layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi;
• Görülən işlərin analizi, son stasusu, qiymətləndirmə sistemləri və müntəzəm konsultasiyalar vasitəsi ilə inkişaf ehtiyaclarının müəyyən olunması;
• Təlim ehtiyaclarının araşdırılması, təkliflərin hazırlanması və razılaşdırılması;
• Şirkətdə təlim işinin qurulması və həyata keçirilməsinin koordinasiyası;
• Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
• Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək;
• Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
• Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
• Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi.
• Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
• Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris
mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
• Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
• Təlimlərin idarəedilməsi sisteminin dəstəklənməsində yardım;
• İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.

Tələblər

• Ali təhsilin olması.
• Təlim Meneceri olaraq ən azı 5 il iş təcrübəsi;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təlim və inkişaf üzrə Menecer” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP