Elektrik
 
JOB TITLE: Elektrik
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-04 LAST UPDATED: N/A DEADLINE: 2019-12-04

Avrora MMC vakansiya elan edir!

Elektrik

Tələblər:

• Orta ixtisas və ya orta texniki təhsilli;
• Vəzifə üzrə 2 ildən az olmayaraq iş stajına malik olan ;
• Diqqətli və məsuliyyətli olmalı;
• Ms Office proqramında işləyə bilmək bacarığı;
• Rus dilini bilmək.

Vəzifə Öhdəlikləri:

• Şirkətin istehsalat avadanlıqlarının və digər sahələrdəki elektrik vasitələrinin gündəlik işə hazırlanmasını, onların ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
• Avadanlıqların elektrik hissələrinin quraşdırılmasnıı, sazlanmasını, təmizlənməsini, işıqlandırma sistemini təmin etmək;
• Şirkətin elektrik avadanlığı ilə bağlı tapşırıqların yerinə yetirilmək;
• Şirkətin yeni elektrik avadanlıqlarının quraşdırılmasında, habelə əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avadanlıqların qəbulunda və quraşdırılmasında bilavasitə iştirak etmək;
• Şirkətin elektrik avadanlıqlarının iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim nəzarət etmək;
• Şirkətin elektrik avadanlıq və vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işlərilə əlaqədar texniki sənədlər, iş haqqında hesabatlar tərtib etmək;
• Bilavasitə Baş elektrikin və rəhbərliyin digər göstərişlərini öz səlahiyyəti çərçivəsində keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirmək.

İş şərtləri:

• Növbəli iş qrafiki;
• İş yeri: Dərnəgül;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 900 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP