Laboratoriya müdiri
 
JOB TITLE: Laboratoriya müdiri
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-04 LAST UPDATED: 2019-11-06 DEADLINE: 2019-12-04

Laboratoriya müdiri

İşin təsviri:

• Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin etmək;
• Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
• Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
• Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
• Məhsulların zahiri görünüşünün normativ sənədlərin tələblərinə uyğun olmasına nəzarət etmək;
• Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadə etmək;
• Laboratoriya qeydiyyat jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək;
• Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
• Mütərəqqi sınaq üsulları və eksperimentlərin tədbiqi üçün işlər aparmaq;
• Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
• Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq.

Namizədə tələblər:

• Müvafiq sahədə ali təhsil;
• 5 ildən az olmayaraq oxşar sahədə iş təcrübəsi;
• Microsoft Office və sahəsi üzrə proqramlarda işləmək bacarığı;
• Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
• Yaş həddi: 30-50 arası

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar https://www.metak.az/resume/resume.php?vid=143 keçidi ilə  04.12.2019– cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP