Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mütəxəssis (SƏTƏM)
 
JOB TITLE: Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mütəxəssis (SƏTƏM)
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-01 LAST UPDATED: N/A DEADLINE: 2019-12-01

Şirkət: “A+CO” MMC

Vəzifə: Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mütəxəssis (SƏTƏM)

İş qrafiki: 5 gün

Əmək haqqı: 1000-2000 AZN

Vəzifə tələbləri:

1. ƏMTT üzrə mütəxəssis vəzifəsinə ali (vəzifəyə uyğun ixtisas) təhsili olan və minimum 3 il, spirtli və spirtsiz içklərin istehsalı üzrə iş təcrübəsi olan şəxs təyin olunur.

Ümümi Tələblər:

1. İdarəetmə qabiliyyətinin olması,
2. Məsuliyyətli və komanda ilə işləmək bacarığı,
3. Disiplin və planlı işləmək bacarığı.

Vəzifə Öhdəlikləri:

1. Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
2. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir.
3. İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
4. İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
5. İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
6. İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
7. Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
8. Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
9. İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
10. Firmaya işə qəbul olunan işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırmalı, vaxtaşırı işçilərin bu sahə üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir.
11. Xidmətlərə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimatların işlənib hazırlanmasında kömək etməlidir.
12. İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
13. İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir.
14. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır.
15. Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
- sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
- əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
- səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
- aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
- qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
- iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
- işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
- xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “ƏMTT üzrə mütəxəssis” vəzifəsini qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP