Biznesin İnkişafı İdarəsinin Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Biznesin İnkişafı İdarəsinin Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi
EMPLOYER: Xalq Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-31 LAST UPDATED: N/A DEADLINE: 2019-11-30

Vəzifə: Biznesin İnkişafı İdarəsinin Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
 Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
 Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
 Analitik düşünmə qabiliyyəti;
 Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı;
 Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
 Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
 İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
 Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);

İŞİN TƏSVİRİ:

 Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
 Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili;
 Məhsullar və müştəri qrupları üzrə gəlirliliyin təhlil olunması və məhsul şərtlərinin yenilənməsinə dair təkliflərin verilməsi;
 Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;
 Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
 Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
 Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP